Xəzər Xəbər

Zığ şosesində fərdi yaşayış evləri yandı VİDEO

Veb TV | 18:55 • 26 İyun 2019
Zığ şosesində fərdi yaşayış evləri yandı

Quru otlardan başlayan yanğın bir neçə evə ziyan vurub.

Hadisə günorta saatlarında Bakının Xətai rayonunda, Zığ şossesi yaxınlığında baş verib. Yanğın nəticəsində təqribən 6 hektar ərazidə quru ot, kol-kos, ətrafa dağılmış yararsız tikinti materialları və bəzi həyatyanı sahələr yanıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülkü müdafiə qoşunlarının canlı qüvvəsivə texnikası cəlb edilib. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanğın baş verən əraziyə gedib.

Ərazidə yanğınla bağlı qərargah yaradılıb.

Digər bir neçə qurumun da nümayəndələri hadisə yerinə cəlb olunub. Birgə səylər nəticəsində qısa zamanda yanğın söndürülüb və insan tələfatına yol verilməyib.

Yanğının dəqiq səbəblərini müəyyən etmək məqsədilə araşdırma aparılır.

Xəbər lenti