Xəzər Xəbər

3 günlük forum işini yekunlaşdırdı VİDEO

Veb TV | 18:44 • 26 İyun 2019
3 günlük forum işini yekunlaşdırdı

100 dən artıq ölkədən, 800- ə yaxın nümayəndənin iştirakı ilə Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri forumunun 3 -cü günü "Transformasiyanı şərtləndirən innovasiyalar" adlı panel müzakirəsi ilə başlayıb. Burada dünyanın müxtəlif ölkələrində dövlət sektorunda tətbiq edilən innovativ yeniliklərdən nümunələr göstərilib və Azərbaycanın bu sahədə əldə etdiyi uğurlardan bəhs olunub.

Daha sonra Nazirlər dəyirmi masası adlı müzakirədə 9 ölkə təmsilsiçi dövlət xidmətlərinin vətəndaşlar üçün əl çatanlığının təmin edilməsi üçün atılan addımlar barədə məlumat verib və problemləri dilə gətiriblər. Bağlanış mərasimindən sonra jurnalistlər qarşısında çıxış edən BMT-nin Təhsil və Tədqiqat Mərkəzinin icraçı direktoru Nixil Set isə təşkilatçılığın yüksək səviyyədə olduğunu və forumun bütün iştirakçılarının dəyərli məlumatlar əldə etdiyini bildirib.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev isə artıq 10-a yaxın dövlətdə ASAN xidmət modelinin tətbiqi üçün iş aparıldığını bildirib və forumun əhəmiyyətindən danışıb.

Bununla da 3 günlük forum işini yekunlaşdırıb.

Xəbər lenti