Xəzər Xəbər

Həmsədrlər nazirlərə yeni sənəd təqdim ediblər VİDEO

Veb TV | 19:23 • 24 İyun 2019
Həmsədrlər nazirlərə yeni sənəd təqdim ediblər

"Vaşinqton görüşünün yaxşı nəticəsi o oldu ki, həmsədrlər müzakirə olunması üçün yenidən konkret sənəd təqdim etdilər". Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov bolqarıstanlı həmkarı Yekaterina Zahariyeva ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Elmar Məmmədyarov qeyd edib ki, görüşdətəmas xəttində sakitlik məsələsi müzakirə olunub. Nazirin sözlərinə görə, danışıqlar prosesinin yalnız təmas xəttində sakitlik olduğu təqdirdə aparılmasına dair çağırışlar olub.

Elmar Məmmədyarov bildirib ki, hazırda həmsədrlərin martın 9-daki bəyanatına əsasən fəaliyyət göstərilir. ''Razı olduğumuz və olmadığımız bəzi məqamlar var. Həmsədrlər Vaşinqton görüşündə rəsmi təkliflər təqdim edib, bir-iki ay üzərində işləməliyik. Həmsədrlər təklif verəcəklər ki, 2-3 aydan sonra yenidən görüəşək"-deyə Elmar Məmmədyarov əlavə edib

Bu arada, ölkəmizdə səfərdə olan Bolqarıstanın xarici işlər naziri Yekaterina Zahariyeva ilə xarici işlər naziri arasında təkbətək və geniş tərkibdə görüşlər keçirilib. Görüşdən sonra keçirilən mətbuat konfransında Elmar Məmmədyarov qeyd edib ki, Bolqarıstan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional layihələrdə yaxından iştirak edir. "Burada söhbət ən mühüm enerji və nəqliyyat layihələrindən gedir. Belə ki, Cənub Qaz Dəhlizinin bir hissəsi Bolqaristan ərazisindən keçir. Bolqarıstan həmçinin Bakı-Tbilisi-Qars layihəsində də iştirak etmək niyyətindədir"-deyə nazir qeyd edib

Bolqarıstanın xarici işlər naziri Yekaterina Zahariyeva bildirib ki, Azərbaycan Bolqarıstan üçün mühüm tərəfdaşlardan biridir və enerji məsələsi əlaqələrdə mühüm məqamlardan biridir.

Mətbuat konfransında iki ölkə arasında əlaqələrin bundan sonra da inkişaf etdirilməsi istiqamətində səylərin gücləndiriləcəyi vurğulanıb

Xəbər lenti