Xəzər Xəbər

Mehriban Əliyeva BMT-nin Dövlət Xidmətləri Forumunun açılış mərasimində VİDEO

Veb TV | 19:02 • 24 İyun 2019
Mehriban Əliyeva BMT-nin Dövlət Xidmətləri Forumunun açılış mərasimində

Birləşmiş Millətlər Təşkilatı və Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu bu gün öz işinə başlayıb. forumun keçirilməsindəMəqsəd dövlət idarəçiliyinin qabaqcıl məqsədləri , innovasiyalar və bu sahədə aktual olan məsələrl üzrə müzakirələrin aparılmasıdır. tədbirdə dünyanın 190 ölkəsindən 500 dən çox dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirlər,akademik nümayəndələr və özəl sekotorun rəhbər şəxsləri olub.

Açılış mərasimində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da çıxış edib və tədbirin mövzusunun bütün xalqlar üçün mühüm olduğunu , o cümlədən forumun dayanıqlı inkişafın məqsədlərini müzakirə etmək üçün faydalı platformaya çevrildiyini bildirib. Azərbaycanın bu sahədəki təcrübələrindən danışan birinci-vitse prezident 2012 ci ildə yaradılan ''ASAN XİDMƏT'' -in xalq tərəfindən alqışladığını və belə mərkəzlərin sayının daim artırıldığını diqqətə çatdırıb . Mehriban Əliyeva bu mərkəzlərdə 30 milyondan çox müraciətə baxıdlığını və 19 min könüllünün proseslərə cəlb edildiyini bildiribç birinci vitse prezidentAzərbaycanın bu təcrübəni dünya ölkələri ilə bölüşdüyünü diqqətə çatdırıb.

BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin ölkəmizdə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatını Birinci vitse-prezident Mehriban əliyevaya təqdim edib.

3 günlük forum çərçivəsində 9 fərqli aktual mövzu üzrə seminar və 4 paralel tədbir təşkil ediləcək ki, onlardan bir qismi bu gün baş tutub. Eyni zamanda, 5 fərqli kateqoriya üzrə BMT Dövlət Xidmətləri Mükafatının builki qalibləri təltif olunub. Tədbirdə iştirak edən BMT baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Zenminisə Azərbaycan təcrübəsindən bütün dünya dövlətlərinin yararlandığını bildirib.

Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, forum ''ASAN'' adlı bir beynəlxalq təşkilat da təsis ediləcək və Azərbaycan standartları dünya dövlətlərinə daha rahat çatdırılacaq.

Forumun Azərbaycanda keçirilməsinin əsas səbəbiölkəmizdə dövlət xidmətləri sahəsində qazanmış nailiyyətləri, "ASAN xidmət"in uğurlu fəaliyyəti və 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülməsidir.

Xəbər lenti