Xəzər Xəbər

Yayın istisindən hərə bir yolla qaçmağa çalışır VİDEO

Veb TV | 19:30 • 24 İyun 2019
Yayın istisindən hərə bir yolla qaçmağa çalışır

Yayın istisindən hərə bir yolla qaçmağa çalışır. Kür çayı o ətrafda yaşayanlar üçün bu baxımdan əsl fürsətdir. Xüsusilə də çayın Mingəçevirdən keçən hissəsi sərinləmək və istirahət etmək üçün əla seçimdir. Elə növbəti xəbərimiz də bu barədədir.

Kimisi ailəsi ilə balıq tutur, kimisi sürətli qayıq və ya gəmidə gəzintiyə çıxır...

Bura Kür çayının Mingəçevir şəhərindən keçən hissəsidir.. Yaz-yay aylarında bura həm Mingəçevir sakinləri, həm də ətraf rayonlardan gələnlər üçün əsl istirahət məkanına çevrilir. Ona görə də ilin bu fəsillərində burada insan izdihamı yaşanır...

Hava isti olsa da, çaydan gələn sərinlik yayı unutdurur. Böyüklü-kiçikli hər kəs Mingəçevirdə sürətli qayıqlar və iri gəmilərlə Kür səyahətinə can atırlar. Hətta bu şəhərə Sumqayıt və Gəncədən gələnlər də var.

Mingəçevir ölkənin əsas enerji mənbəyi, Nur şəhəri olmaqla yanaşı, turizm imkanlarına görə də ön sıralarda dayanır. Bir sözlə, isti yay günlərində ətraf rayonlardan olan sakinlər sərinliyi elə bu şəhərdə tapırlar.

Xəbər lenti