Xəzər Xəbər

Rövşən Rzayev: “Başqa şəxslərin evlərində məskunlaşan məcburi köçkünlərlə bağlı məsələyə böyük diqqət ayrılacaq" VİDEO

Veb TV | 20:50 • 20 İyun 2019
Rövşən Rzayev: “Başqa şəxslərin evlərində məskunlaşan məcburi köçkünlərlə bağlı məsələyə böyük diqqət ayrılacaq"

Başqa şəxslərin evlərində məskunlaşan məcburi köçkünlərlə bağlı məsələyə böyük diqqət ayrılacaq. Bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

Rövşən Rzayev bildirib ki, bu məsələ araşdırılıb vəsay da artıq bəllidir.

Rövşən Rzayev onu da qeyd edib ki,bu il ərzində 6 minə qədər məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək. Yaxın günlərdə isə Pirallahı rayonundaməcburi köçkünlər üçün salınan qəsəbənin açılışı olacaq. Bununla yanaşı bölgələrdə də mənzillərin tikintisi uğurla davam etdirilir.

Qeyd edək ki, bu gün Ümumdünya Qaçqınlar günü kimi qeyd olunur. Bu münasibətlə Bakıda tədbir keçirlib.

Xəbər lenti