Xəzər Xəbər

Ətrafa yayılan tüstü birbaşa mənzillərə daxil olur VİDEO

Veb TV | 19:42 • 18 İyun 2019
Ətrafa yayılan tüstü birbaşa mənzillərə daxil olur

Ətrafa yayılan tüstü birbaşa mənzillərə daxil olur.

Görüntülər Sumqayıtda yaşayan sakinlər tərəfindən çəkilərək "XəzərXəbər"in votsap nömrəsinə göndərib.

Sakinlər mütəmadi olaraq eyni mənzərə ilə qarşılaşdıqlarını deyirlər.17-ci mikrorayonda yerləşən şadlıq evlərinin birindən çıxan tüstünün mənzillərə daxil olması bina sakinləri

narahat edir.

Ekologiya Təbii Sərvətlər Nazirliyinin 4 Saylı Ekologiya və Təbii sərvətlər idarəsinin sektor müdiri Asəf Bayramov bildirdi ki, şadlıq evlərində quraşdırılan təmizləyici qurğuların filtirləri vaxtaşırı təmizlənməlidir. Belə olmadığı halda atmosferə atılan atılan zərərli maddələrin miqdarı çoxalır.

Asəf Bayramov onu da bildirdi ki, şəhər ərazisində ümumilikdə 32 şadlıq evində təmizləyici qurğu quraşdırılıb.Məsələ ilə bağlı şadlıq evindən isə hər hansı biraçıqlama veriləmyib..

Xəbər lenti