Xəzər Xəbər

"Pasiyentin hüquqları haqqında" yeni qanun layihə VİDEO

Veb TV | 19:26 • 18 İyun 2019
"Pasiyentin hüquqları haqqında" yeni qanun layihə

Azərbaycanda həkimlərin pasiyentlərin sağlamlıqlarına vurduqları zərər araşdırılacaq və bunu edən tibb müəssisəsi və həkimdən həm maddi, həm də mənəvi təzminat alına biləcək. Bunun üçün yeni qanun layihəsi hazırlanır. Layihədə pasiyentlərlə yanaşı, həkimlərin də hüquqları müdafiə ediləcək.

"Pasiyentin hüquqları haqqında" yeni qanun layihə üçün Milli Məclisin Səhiyyə Komitəsində müxtəlif sahələr üzrə mütəxəssislərin iştirakı ilə dinləmələr keçirilir.

İclasda həkimlərin hər bir xəstə üçün bütün müalicə və müayinə prosesini əks etdirən kliniki tibbi protokolun tərtib edilməsi vacib sayılıb. Eyni zamanda növbəti ildən icbari tibbi sığortanın tətbiqi ilə bu qanunun daha yaxşı işləyəcəyi qeyd edilib.

Həkimlərin müdafiəsindən danışılarkən təcili tibbi yardım işçilərinə tez-tez edilən hücumlar da gündəmə gəlib və bununla bağlı təklif də edilib.

Sonda yeni qanun layihəsinin tam formada hazırlanması üçün millət vəkili Sədaqət Vəliyevanın sədrliyi ilə işçi qrupu yaradılıb.

Xəbər lenti