Xəzər Xəbər

Lombardlarla bağlı yenilik olacaq VİDEO

Veb TV | 19:20 • 18 İyun 2019
Lombardlarla bağlı yenilik olacaq

Vətəndaşların lombardların fəaliyyəti zamanı qarşılaşdıqlarıbu kimi problemlər həll olunacaq.

Artıq Lombardlar haqqında qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında da müzakirə edilib.Müzakirə edilən məsələlərdən ən önəmli məqamlardan biri də lombardlar üzərində saxlanılanəmlakların sığorta öhdəliyinin qoyulması ilə bağlıdır.

Hüququşunas Kamandar Hüseynov deyir ki,əslində Mülki Məcəllənin 302-ci maddəsində bununla bağlı norma var.Həmin normada qeyd olunub ki,lombarda girov qoyulan predmentlər lombard tərəfindən sığorta edilməlidir.Ancaq bunu lombardların hansı qaydada həyəta keçirilmələri ilə bağlı kankret mexanizim yox idi.

Vətəndaşlar arasında apardığımız sorğu da onu göstəriri ki indiyə qədərolan boşluq lombardlara olan etibarı azaldıb.

Lombardlar haqqında qanun layihəsinin qəbul edilməsi ilə vətəndaşların bu kimi problemləri birdəfəlik həll olunacaq.

Lombardlar üzərində isə nəzarəti Maliyə Bazarlarına Nəzarət Palatası həyata keçirəcək.Qeyd edək ki,Lombardlar haqqında qanun layihəsinə bəzi dəyişiklərin edilməsi təklif edilərək 1-ci oxunuşda qəbul edilib.

Xəbər lenti