Xəzər Xəbər

Azərbaycan BMT-yə hesabat verəcək VİDEO

Veb TV | 19:09 • 18 İyun 2019
Azərbaycan BMT-yə hesabat verəcək

Azərbaycan səhiyyə və təhsilin inkişafı ilə bağlı BMT-yə hesabat verəcək.

Bu Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üzrə verilən 2-ci hesabatdır. Baş Nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov bildirib ki, milli hesabatlar hər dəfə müxtəlif mövzular üzrə hazırlanır.

Bu layihənin əsas məqsədi 2030-cu ilə qədər dünyanın əhəmiyyətli dərəcədə dəyişdirilməsindən ibarətdir.Hesabatla bağlı icmal artıq BMT-nin saytında yerləşdirilib.Yaxın günlərdə isə hesabat saytda dərc ediləcək.

Hesabat iyulun 15-də BMT-nin Nyu-Yorkda yerləşən Baş Qərargahında təqdim olunacaq.


Xəbər lenti