Xəzər Xəbər

Masallıda pomidor sahələrini qurd basıb VİDEO

Veb TV | 20:23 • 17 İyun 2019
Masallıda pomidor sahələrini qurd basıb

10 gündən çoxdur ki, ziyanverici həşəratlar sahələrdə məhsulun zay olmasına səbəb olur.

Masallı rayonunun3 kəndində- Qızılağac, Gəyəçöl və Sərçuvar kəndlərində fermerlərə ziyan dəyib. Masallı Rayon Bitki Mühafizəsi Mərkəzindən bildirildi ki, yayılan xəstəliklə əlaqədar mütəxəssislər nümunələr götürüb vəxəstəliyin nə olduğu tam müəyyən edilib. Ziyanverici el arasında pomidor sovkası adlanan qurddur. Sakinlərin dediklərinə görə, pomidorsovkası çox vaxt qırmızı yetişmiş pomidorlarda olardı, lakin maraqlısı budur ki, yetişməmiş kal pomidorlarda da var.

Aprel-may aylarında dişi kəpənəklər bitkilərdə öz yumurtalarını qoyur. Hava şəraitinə uyğun olaraq 10-15 gün müddətində yumurtadan çıxan tırtıllar pomidorun meyvəsinə ziyan vurur. Vaxtında qarşısı alınmadıqda isə sovka tamamilə yayıldığı sahəni məhv edə bilir.

Xəstəliyin genişlənməməsi üçün zərərvericilərin yumurta qoyub çoxalmasına imkan verməmək lazımdır. Havaların isti keçməsi, alaq otlarının təmizlənməməsi və kortəbii dərmanlama da xəstəliyin artmasına səbəb olur.

Xəbər lenti