Xəzər Xəbər

Əvvəlcə ətrafa baxırlar - Daha sonra onlar mağazanın qapısına yaxınlaşıb qırılar VİDEO

Veb TV | 20:19 • 17 İyun 2019
Əvvəlcə ətrafa baxırlar - Daha sonra onlar mağazanın qapısına yaxınlaşıb qırılar

Əvvəlcə ətrafa baxırlar. Daha sonra onlar mağazanın qapısına yaxınlaşıb qırılar.

Oğurluq hadisəsi paytaxtın Sabunçu rayonu Pirşağı qəsəbəsində yol kənarındakı mağazalardan birində baş verib. Mağazanın sahibi Yadigar Əliyevin sözlərinə görə, gecə saat 1-ə qədər mağazada olub. Zərərçəkmiş iddia edir ki, iki nəfər onu izləyib. Mağazanı bağlayıb getdikdən sonra onlar obyektə daxil olub ordan oğurluq ediblər.

Həmin şəxslər mağazanın qarşısındakı kameranı qırıblar ki, oğurluq anı çəkilməsin. Amma onlar həm mağazanın daxilində, həm də çöldə olan digər kameralar vasitəsi ilə lentə alınıblar.

Əraziyə 15-ci polis bölməsinin əməkdaşları gəlib baxış keçirib, əl barmaq izlərini götürüblər.

Sumqayıtda isə aptekdən oğurluq etmək istəyən şəxs iş başında tutulub. Şəhərin mühafizə idarəsinə 2-ci mikrarayon ərazisində qorunan apteklərdən birindən ''həyacan'' siqnalı daxil olub. Dərhal mühafizə polisi hadisə yerinə gəlib vəaptekin qapısının sındırıldığını və bir nəfərin içəridə olduğunu görüblər. Tutulan zaman həmin şəxs polis əməkdaşlarına müqavimət göstərərək hadisə yerindən qaçmağa cəhd göstərsə də onun bu niyyətinin qarşısı alınıb. Polis bölməsində araşdırma zamanı oğurluq edən şəxsin Sumqayıt şəhər sakini Emin Nəzərov olduğu məlum olub.

Xəbər lenti