Xəzər Xəbər

Lənkəranda yaşlı qadın çayda boğuldu VİDEO

Veb TV | 20:16 • 17 İyun 2019
Lənkəranda yaşlı qadın çayda boğuldu

63 yaşlıqadın ehtiyyatsızlıqdan çaya düşərək boğulub.

Hadisə Lənkəran rayonu Sütəmurdov kəndi ərazisində baş verib.Məlum olub ki,həmin şəxs Ukrayna vətəndaşı olan 63 yaşlıSolmazNəsirovadır.RayonunKərgəlan kəndində doğulan

SolmazNəsirova ailəsi ilə birgə Ukraynayada yaşayıb.Yaxınlarının bildirdiklərinə əsasən mərhum "Astma" xəstələyindən əziyyət çəkirmiş. Bu gün də səhər saatlarında məhz təmiz hava almaq məqsədilə çayın qırağı ilə dəniz kənarına getmək istəyən Solmaz Nəsirovanın ayağınınsürüşərəkçaya yıxıldığı ehtimal edilir.

Hadisə yerinə təcili yardım briqadası və xilasedicilərcəlb olunub. Suya düşən qadının cansız bədəni çaydan çıxarılıb.Onun 3 uşaq anası olduğu bildirilib..

Mingəçevirdə isə 6 yaşlı qız uşağı suda boğulub.Hadisə Energetik yaşayış massivində baş verib.Şəkidən Mingəçevirə qonaq gələn 2013-cü il təvəllüdlü Duyğu Məmmədova adıçəkilən ünvanda təsərrüfatların birində hovuza düşərək boğulub.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti