Xəzər Xəbər

Yanacaq qatqıları oktan və setan ədədini qaldırır? VİDEO

Veb TV | 20:09 • 17 İyun 2019
Yanacaq qatqıları oktan və setan ədədini qaldırır?

Avtomobilin yancağına qatılaraq oktan və setan ədədini qaldırır. Bununlada maşının mühərriki daha rahat işləyir. Son zamanlar ölkəmizdə yanacağın göstəricilərini artıran qatqılara maraq artıb. Buna səbəb yüksək keyfiyyətli yanacağ tələb edən avtomobili idarə edən sürücülərin bu yolla pullarına qənaət etməsidir.

Ustalar isə belə qatıqların müsbət cəhəti ilə yanaşı mənfi tərəflərinin də olduğunu bildirir. Beləki xüsusən də istehsal ili köhnə avtomobillər də bu qatqıların istifadəsi tövsiyyə edilmir.

Beləki maddələrdə yuyculuğ çox olduğundan filterlərin tutularaq sıradan çıxmasına və hətta mühərrikin iş prinsipinin pozulmasına və sıradan çıxmasına səbəb ola bilər. Bundan başqa istifadə qaydasınaəməl edilməsi də əsas şərtlərdəndir.

Belə məhsulların qiyməti isə firma və ölçüsünə görə dəyişir.

Satıcılar bildirir ki, xüsusi ilə dizel mühərrikli avtomobil sürənlər yancağın sistemini təmizləyən qatqıları tez-tez alırlar.

Xəbər lenti