Xəzər Xəbər

Azərbaycanın xilası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır - VİDEO

Veb TV | 19:42 • 12 İyun 2019
Azərbaycanın xilası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır -

Vətəndaş qarşıdurması, xaos, dağılmaq üzrə olan dövlət...

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycanın 26 il öncəki iyun ayında mənzərəsi məhz belə idi.

Səriştəsiz AXC- Müsavat hakimiyyətinin yarıtmaz siyasəti nəticəsində yenicə müstəqiilik qazanmış ölkə parçalanaraq süquta uğramaq üzrə idi. Amma bütün qarşıdurmalar məhz iyunun 15 dən sonra, yəni ümummilli lider Heydər Əliyevin Ali Məclisin sədri seçilməsindən sonra təhlükələr və təhdidlər ardıcıllıqla dəf edildi.

Həmin dövrün yaxından şahidi olmuş millət vəkili İsa Həbibəyli bildirir ki, Qurtuluş günü ölkəmiz üçün əsl bayramdır. Çünki ölkəmiz formal olaraq müstəqil olsa da, faktiki olaraq əsl müstəqillik və inkişaf həmin tarixdən sonra başladı.

Millət vəkili Hikmət Babaoğlu deyir ki, AXC-Müsavat hakimiyyətinin bacarıqsızlğıı nəticəsində daxildəki xaos bir yana, xarici dövlətlərlə də normal münasibət qurulmamışdı.

Ölkədəki qarşıdurmaları saxlamaq və hadisələri idarə etmək gücündə olmayan o vaxtki rəhbərliyin də xalqın istəklərini reallaşdırmaqdan başqa çıxış yolu qalmamışdı. Yeganə çıxış yolu ümummilli lider Heydər Əliyevin Bakıya dəvət edilməsi idi...

1993-cü ildən sonrakı illərdə də xaosdan qidalanan bəzi dairələr yenə Azərbaycanı parçalamaq cəhdləri etdilər. Amma buna nail olmadılar. Heydər Əliyev məhz xalqın gücünə arxalanaraq bu təhlükələri də dəf etdi, Azərbaycan inkişaf yoluna qədəm qoydu.

Heydər Əliyev siyasəti bu gün də uğurla davam edir. Bu isə ulu öndərin ''Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir'' sözlərinin reallığa çevrilməsidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti