Xəzər Xəbər

"Avroliqa"nın Bakı finalı Azərbaycana nə qazandırdı? - VİDEO

Veb TV | 19:51 • 11 İyun 2019
"Avroliqa"nın Bakı finalı Azərbaycana nə qazandırdı? -

UEFA Avropa Liqası finalının Bakıda keçirilməsi Azərbaycana 175 milyon manatın daxil olması ilə nəticələnib. Ümumilikdə isə, iqtisadi qazancın həcmi 680 milyon manat civarında olub.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi hesablama aparıb.

Hesablamaya əsasən, UEFA Avropa Liqasının final oyununa ev sahibliyi edən Azərbaycan böyük dividentlər əldə edib. Birbaşa daxilolmanın həcmi 175 milyon mantdır. 680 milyon civarında isə iqtisadi qazanc əldə olunub. Bu göstəricilər beynəlxalq kontekstdə media üzərindən əldə edilən dəyər, turistlərin xərcləmələri, çarter reyslərlə təyyarə parkına eniş edən təyyarələrə göstərilən xidmətdən əldə edilən gəlir, oyun ilə əlaqədar UEFA tərəfindən çəkilən xərclər və digər göstəricilər əsasında müəyyənləşdirilib.

Rəsmi göstəricilərə əsasən, oyunu televiziya və internet üzərindən 300 milyona yaxın insan canlı izləyib. Bu, Azərbaycanın beynəlxalq miqyasda tanıdılməsı üçün də önəmli rol oynayıb.

Gənclər və İdman Nazirliyi və AFFA-nın məlumatlarına görə, final oyunu ilə bağlı ölkəyə gələn xarici turistlərin sayı və onların burda xərclədikləri vəsait bəllidir.

AZAL-dan daxil olan məlumatlarda isə, 108 çarter reysi üçün alınan xidmət haqqı 687 min manatdan çox olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti