Xəzər Xəbər

Dünyanın ƏN QEYRİ-ADİ təyyarəsi hazırlandı Sərnişinlər QANADLARDA UÇACAQ - VİDEO

Veb TV | 13:23 • 11 İyun 2019
Dünyanın ƏN QEYRİ-ADİ təyyarəsi hazırlandı

Dünyanın ən qeyri-adi sərnişin təyyarəsi hazırlanıb.

Hollandiyanın Delft Texnologiya Universitetində Custus Bernardın müəllifliyi ilə "Flying-V” (Uçan V) təyyarəsi ərsəyə gətirilib.

Təyyarə yanacağa qənaət edir və hava nəqliyyatının davamlılığını artırır. "Flying-V” "Airbus A250-900” modelinə nisbətən 20% daha az yanacaq sərf edir. 314 nəfərlik sərnişin heyəti və 65 metr qanad genişliyinə sahibdir. Yeni dizaynlı təyyarədə sərnişin oturacaqları qanadların içində yerləşdirilib.

Hollandiyanın "Royal Dutch Airlines” (KLM) milli aviasiya şirkəti "V” formasında təyyarənin kütləvi istehsalı üçün maliyyə ayıracağını açıqlayıb.

Delft Texnologiya Universitetnində layihə rəhbəri Rolef Vos bildirib ki, bu dizayn gələcəkdə elektriklə işləyən təyyarələrin hazırlanmasına yardımçı olacaq./publika.az

Xəbər lenti