Xəzər Xəbər

Ağstafada 1 günə 4 hamilə xəstəxanaya gətirildi VİDEO

Veb TV | 19:39 • 24 May 2019
Ağstafada 1 günə 4 hamilə xəstəxanaya gətirildi

Ağstafada 18 yaşı tamam olmayan 4 qadın bir gündə hamiləlik diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Xəstəxanaya müraciət edənlər 16,17 yaşında olanlardır. Rayon sakinləri olan 2002-ci il təvəllüdlü Aidə Babayeva, 2002-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Ayşəgül Musayeva, 2001-ci il təvəllüdlü Məleykə Zeynalova və 2001-ci il təvəllüdlü Ayşə Yaqubova hamilə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, 2002-ci il təvəllüdlü qızların 17 yaşı hələ tamam olmayıb. Müayinə zamanı yetkinlik yaşına çatmayan qadınların dördünün də hamilə olduğu üzə çıxıb. Onlardan birinin isə dünyaya övlad gətirməyinə az qalıb. Ağstafa rayon mərkəzi xəstəxanasının doğum şöbəsi şübhəli halla bağlıAğstafa rayon polis şöbəsinə məktubla müraciət edib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər lenti