Xəzər Xəbər

Tərtərdə Olimpiya İdman Kompleksi tikilir VİDEO

Veb TV | 19:20 • 24 May 2019
Tərtərdə Olimpiya İdman Kompleksi tikilir

Tərtərdə yeni Olimpiya İdman Kompleksi inşa olunur. Kompleks 4 hektar ərazini əhatə edir. İşlərin ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.

Tərtərdə üç mərtəbədən ibarət Olimpiya İdman Kompleksi tikilir.

4 hektar ərazini əhatə edən kompleks müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün zallardan, 180 tamaşaçı tutumu olan tribunadan və üzgüçülük hovuzundan ibarət olacaq.

Prezidentin tapşırığı ilə dövlət vəsaiti hesabına inşa edilən kompleksdə mehmanxana, restoran, internet klub ilə yanaşı, digər bir neçə xidməti otaqlar da olacaq.

Fiziki imkanları məhdud tamaşaçılar və idmançılar üçün də bütün zəruri şərait yaraılacaq. Kompleksin enerji təchizatını təmin etmək üçün transfarmator yarımstansiyası, generator məntəqəsi və yanğına qarşı ehtiyat su anbarları da tikiləcək. İşlərin ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.

Xəbər lenti