Xəzər Xəbər

“MyGov” təqdim edildi - İyunun 1-dən istifadəyə veriləcək VİDEO

Veb TV | 19:04 • 24 May 2019
“MyGov” təqdim edildi - İyunun 1-dən istifadəyə veriləcək

''Asan'' xidmətin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış "myGov" şəxsi kabinet əsaslı Elektron Hökumət portalı təqdim edilib. "ASAN Xidmət"in rəhbəri Ülvi Mehdiyev bildirib ki, "myGov" qabaqlayıcı hökumət konsepti əsasında vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirən elektron xidmətlərin göstərildiyi sistemdir. Bu sistem vasitəsi ilə dövlət xidmətləri vətəndaşlara bir toxunuşla çatdırılacaq

Vətəndaşlar "myGov" portalı vasitəsi ilə dövlət qurumları tərəfindən verilmiş məlumatlar ilə tanış olacaq, xidmətlərə elektron qaydada müraciət edə biləcəklər. Portalın üstünlükləri bununla da bitmir.

Ülvi Mehdiyev bildirib ki, portalın imkanları gələcəkdə daha da genişlədiriləcək.

Xəbər lenti