Xəzər Xəbər

Bakıda içi sərnişin dolu avtobus əks yola çıxdı VİDEO

Veb TV | 19:54 • 24 May 2019
Bakıda içi sərnişin dolu avtobus əks yola çıxdı

Bakıda 32 saylı maşrurt avtobusu qarşı hərəkət zolağına çıxaraq təhlükəli vəziyyət yaradıb. Hadisə Nəsimi rayonunda olub. Həmin görüntüləri təqdim edirik.

Bütün nəqliyyat vasitələri əsas hərəkət zolağında dayanaraq işıqforun yaşıl işığının yanmağını gözləyirlər,ancaq bu avtobusun sürücüsü əks zolağa çıxaraq qaydaları pozur.

Bununlada həm sərnişinlərin,həm də digər sürücülərin həyatı təhlükəyə atılıb.Qaydaları pozan Bakıda fəaliyyət göstərən 32 saylı marşurt avtobusunun sürücüsüdür.Görüntüləri minik avtomobilində olan sürücülərdən biri mobil telefonla çəkərək ''xəzər xəbər''in votsap nömrəsinə göndərib.Görüntülərdə Metronun 28 may stansiyasından Neftçilər stansiyası istiqamətinə hərəkət edən 32 saylı maşurt avtobusunun sürücüsü qaydaları kobud şəkildə pozur.

QaydapozuntusuNəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsində qeydə alınıb...Yolda olan sürücülər öz zolaqlarında dayanaraq işıqforun yaşıl işığının yanmağını gözləyirlər.Avtobusun sürücüsü isə əks zolağa çıxaraq yol polisinin olduğunu görübdayanır.Nəticədə də sürücü digər avtomobillərin yolunu kəsərək hərəkət mane olur.Məsələ ilə bağlı 32 saylı marşurt avtobusunun aid olduğu şirkət mövqe bildirməkdən imtina etdi.

Sərnişinlər də bildirir ki,dəfələrlə avtobus sürücülərinin qarşı hərəkət zolağına keçərək qayda pozmalarının şahidi olublar.

Qeyd edək ki,yol hərəkəti haqqında qanuna görə belə sürücüləri 60 manat və 3 bal cəriməgözləyir.

 

Xəbər lenti