Xəzər Xəbər

Bu şəxslər ali məktəblərə imtahansız qəbul olunacaqlar VİDEO

Veb TV | 19:44 • 23 May 2019
Bu şəxslər ali məktəblərə imtahansız qəbul olunacaqlar

Azərbaycanda kollec məzunları bitirdikləri ixtisasa uyğun olan ixtisaslar üzrə imtahansız ali təhsil ala biləcəklər. Nazirlər Kabineti bununla bağlı qərar verib. Qərara əsasən, subbakalavrlar, yəni kollec məzunları ali təhsil müəssisəsinin ixtisasları üzrə minumum keçid balını imtahansız əldə edəcəklər və bu balla namizəd kimi çıxış edə biləcəklər. Bu ildən qüvvəyə minəcək qaydalar yalnız subbakalavr peşə ixtisas dərəcəsi almış şəxslərə şamil ediləcək. Bu şəxslərə hətta boş qalmış dövlət sifarişli yerlərdə də ödənişsiz əsaslarla təhsil almaq şansı verilir.

Yaradıcılıq üzrə kolleci bitirənlər isə universistetə qəbul olmaq üçün qabiliyyət imtahanı verəcək. Universitet məzunları isə kolleclərdə ödənişli əsaslarla, aldıqları ixtisasdan asılı olmayaraq, istədikləri ixtisasa imtahansız qəbul oluna bilərlər. Ali təhsili başa vura bilməyən bakalavrlar isə müvafiq ixtisasa uyğun kolleclərə transfer oluna bilərlər.

Ölkəmizi siyahısı bəlli olan 11 beynəlxalq olimpiadada uğurlu təmsil edib, medal qazanan şagirdlər isə 5 il boyunca istənilən universitetə imtahansız qəbul ediləcəklər.

Yerli fənn olimpiadalarının qalibləri isə 2 il boyunca həmin fənnə uyğun olan ixtisaslara imtahansız qəbul ediləcək. Beynəlxalq idman və yaradıcılıq yarışlarının qalibləri isə idman və ya yaradıcılıqla bağlı ixtisaslar üzrə imtahansız ali təhsil ala biləcəklər.

esss

Bundan başqa Azərbaycandakı məktəblərdəİB (AYBİ), E LEVEL və ADVANCED PLACMENT proqramları üzrə məzun olanlar da ingilis dilli ixtisaslara qəbul ola bilərlər. Amma bu şagirdlər Azərbaycan dilindən imtahan verməli olacaqlar.

Bu il ali məktəblərə qəbul planında 6,4 % artım nəzərdə tutulduğundan yeniliklərdən daha çox vətəndaşın istifadə etməsinə şərait yaranacaq. Bu şərtlərə uyğun gələn şəxslərin qəbul üçün hara müraciət etməli olduğu barədə məlumatlar isə yaxın günlərdə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən açıqlanacaq

Xəbər lenti

Çox oxunanlar