Xəzər Xəbər

Bütün dünyanın gözü Bakıda - Möhtəşəm oyuna 7 gün qaldı - VİDEO

Veb TV | 20:29 • 22 May 2019
Bütün dünyanın gözü Bakıda -

Bakıda keçiriləcək avroqliqanın final oyununa artıq sayılı günlər qalıb. İki avropa nəhəngi "Arsenal" və "Çelsi"nin qarşılaşacağı oyun dünyanın 4 bir yanında böyük maraqla gözlənilir. Yarışın təşkilat komitəsi oyunla bağlı azarkeşlərə müraciət edib. Təlimatda azarkeşlərin əməl etmələri lazım olan qaydalar və stadiona necə gəlmələri barədə məlumat yer alıb.

Bakıda keçiriləcək avroliqanın final oyununa xüsusi avtobuslar ayrılacaq,iki gün ərzində sazarkeşlərin pulsuz daşınması həyata keçiriləcək.

Mayın 29-da Bakıda İngiltərənin "Arsenal" və "Çelsi" komandalarının iştirakı ilə keçiriləcək UEFA Avropa Liqasının final oyununa artıq 1 həftə vaxt qalıb. Yarışın Təşkilat Komitəsi oyundan öncə azarkeşlərə stadiona necə gəlmələri və qaydalar haqqında öz rəsmi saytında məlumat yayıb. Hər iki komandanın azarkeşləri üçün xüsusi toplanma məntəqələri təyin olunub.

Stadionun təhlükəsizlik perimetrinə taksi və şəxsi maşınların daxil olmasına icazə verilmir. Onların düşürmə və mindirmə məntəqləri "Koroğlu" metro stansiyasının yanı təyin edilib. Bununla yanaşı təhlükəsizlik məqsədi ilə azarkeşlərə bilet alarkən bəzi təlimatlar barədə məlumat verilib.

Bakı Metrosu oyun başa çatdıqdan gecə saatlarına qədər açıq olacaq. Odur ki, oyun hətta əlavə vaxta və onbirmetrlik zərbələrə qədər uzandığı halda da, azarkeşlər gecə saat 4-ə qədər metrodan istifadə edə biləcək.

Xəbər lenti