Xəzər Xəbər

Daha işığa görə metro tunelində qalmıyacağıq VİDEO

Veb TV | 19:45 • 22 May 2019
Daha işığa görə metro tunelində qalmıyacağıq

Artıq metro qatarları tuneldə qalmayacaq. "Bakı Metropoliteni" alternativ enerji mənbələrindən istifadə edəcək. Bunun üçün prezident İlham Əliyevin tapşırığına uyğun olaraq "Azərişıq" ASC-nin yarımstansiyalarında 17 ədəd dizel-generator quraşdırılıb. Elektrik enerjisi tam kəsildikdə, generatorlar avtomatik işə düşəcək.

''Bakı Metropoliteni'' alternativ enerji mənbələrindən istifadə edəcək

Bu, "Azərişıq" ASC-nin yarımstansiyalarında quraşdırılan dizel-generatorlar hesabına mümkün olacaq. Enerjinin tam kəsilməsi hallarında generatorlar avtomatik işə düşəcək və Bakı Metropoliteni yarımstansiyalarına elektrik enerjisi ötürüləcək. Alternativ enerji ventilyasiya, suxaric və işıqlandırma sistemlərini, eskalatorları və ən əsası qatarların minimal hərəkətini təmin edəcək. Yəni qatarlar artıq tuneldə qalmayacaq.

Metropolitenin əsas enerji tələbatının ödənməsi müxtəlif güclərə malik mənbələrdən ən azı 10 yarımstansiyadan təmin olunacaq. 9 ədəd 110 kv-lıq yarımstansiyada tələbat gücünə uyğun olaraq 2000-2500, 1 stansiyada isə 1000 kv-lıq generatorların quraşdırılma-sazlanma işləri həyata keçirilir. Generatorlar lazım olduğu halda qatarların tam gücünü təmin edəcək..

Dizel elektrik stansiyaları fəaliyyətə başlayana qədər baş verə biləcək fövqəladə hallarda ən zəruri ehtiyacların ödənməsi məqsədilə müvəqqəti tədbir də görülüb. Yeraltı qrunt sularının metro tunellərindən xaric edilməsi üçün suxaric qurğuların fəaliyyətini təmin etmək məqsədilə 450 kVA gücə malik mobil dizel elektrik stansiyasının sınaqlarının nəticəsi qənaətbəxş hesab olunub. İki belə dizel-generator stansiyası alınaraq ehtiyatda saxlanılır.

Xəbər lenti