Xəzər Xəbər

"Kaspi" liseyində milli yaddaş dərsi: İlbəy Ortaylı şagirdlərin görüşünə gəldi - VİDEO

Veb TV | 18:44 • 22 May 2019
"Kaspi" liseyində milli yaddaş dərsi:

Yarandığı gündən etibarən ''Kaspi'' Təhsil Şirkəti maarifçilik ideyalarının, Azərbaycançılıq məfkurəsinin, tarixi ənənələrinin təbliğinə, onların gənc nəslə, şagirdlərə aşılanmasına önəm verir.Liseydə hər ay keçirilən milli yaddaş dərslərini məqsədi məhz budur. Bu dərslərdətanınmış ictimai-siyasi xadimlər, tarixçilər, ziyalılar şagirdlərlərə görüşürlər. Bu dəfə isədərsdə isə dünyada məhşur tarixçi türkiyəli professor İlbəy Ortaylı milli yaddaş dərsinin qonağı olub.

Şagirdlərin ifasında tarixi mahnı səsləndirilir.

Müxtəlif rəqs nömrələri və tarixi səhnə nümayiş etdirilir

Görüntülər Kaspi liseyinin Bakıxanov filialında türkiyənin dünyaca tanınmış tarixçisi, professoru İlbəy Ortaylının iştirakı ilə keçirilən tədbirdəndir

Tanınmış tarixçi ilə görüşdə liseyin kollektivi ilə yanaşı ziyalılar da iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Kaspi təhsil şirkətinin təsisçisi Sona Vəliyeva İlbəy Ortaylının yaradıcılığından danışıb. O qeyd edib ki, tarixçinin əsərləri nəinki türk xalqları,həmçinin bütün dünya xalqları tərəfindən yüksək qiymətləndirilir. Sona Vəliyeva eyni zamanda milli yaddaş dərslərininşaigrdlər üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Daha sonra çıxış edən İlbəy Ortaylı tarixdə dünya və türk tarixində baş verən önəmli hadisələrə nəzər salıb, azərbaycan-türkiyə qardaşlığının əbədi olacağına əminliyini ifadə edib.

Daha sonra çıxış edən xalq şairi Sabir Rüstəmxanlı İlbəy Ortayının türk tarixini araşdıran ensiklopedik zəkaya sahib tarixçi adlandırıb. Onun sözlərinə görə İlbəy Ortaylı dünya tarixini ədalətli yazan nadir şəxslərdəndir.

Görüşün sonunda İlbəy Ortaylıya şagirdlərin suallarını cavablandırıb. Eləcə də, ona müxtəlif hədiyyələr təqdim edilib.

Xəbər lenti