Xəzər Xəbər

Tovuzda kütləvi zəhərlənmə: Bir ailənin 5 üzvü VİDEO

Veb TV | 18:38 • 20 May 2019
Tovuzda kütləvi zəhərlənmə: Bir ailənin 5 üzvü

Tovuzda bir ailənin 5 üzvü balıqdan zəhərlənib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 1985-ci il təvəllüdlü Rəşad Əliyev, 1986-cı il təvəllüdlü Məlahət Məmmədova və onların 3 övladı balıqdan zəhərlənib. Zəhərlənən uşaqlar - 2011-ci ili təvəllüdlü Rəvan Rəşad oğlu Əliyev, 2011-ci ili təvəllüdlü Həsən Rəşad oğlu Əliyev və 2017-ci il təvəllüdlü Mehriban Rəşad qızı Əliyevadır.

Onlara ilkin tibbi yardım göstərilib və hazırda vəziyyətlərinin yaxşı olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti