Xəzər Xəbər

51 yaşlı kişi 19 kq marixuana ilə tutuldu VİDEO

Veb TV | 18:45 • 20 May 2019
51 yaşlı kişi 19 kq marixuana ilə tutuldu

İdman çantasında narkotik daşıyan Şəki sakini Balakəndə saxlanılıb.

Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçiriblər. Əvvəllər məhkum olunmuş 51 yaşlı Şəki şəhər sakini Zakir Baxışov qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğundan saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Dindirilmə zamanı Zakir Baxışov həmin narkotik vasitəni Qax rayonu Qaşqaçay kəndi ərazisində çətənə bitkilərinin üzərindən yığaraq əldə etdiyini və satmaq məqsədilə Balakən rayonuna gətirdiyini bildirib.

Paytaxt ərazisində də çətənə bitkisi əkib-becərən şəxs tutulub. Xəzər Rayon 1-ci Polis Şöbəsi əməkdaşları narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Buzovna qəsəbə sakini Şahin Əliyevisaxlayıb. Onun yaşadığı evin həyətinə baxış keçirilən zaman xüsusi olaraq əkilən və qulluq edilən 877 ədəd narkotik tərkibli çətənə kolu aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Şahin Əliyevdən əlavə olaraq 5 kiloqram 595 qram qurudulmuş marixuana da aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq niyyəti ilə əkdiyini və onlara qulluq edərək yetişdirdiyini bildirib.

Hər iki faktla bağlı cinayət işi başlanıb.


Xəbər lenti