Xəzər Xəbər

Daha 32 pillə irəlidə VİDEO

Veb TV | 20:11 • 18 May 2019
Daha 32 pillə irəlidə

Azərbaycanda son illər aparılan çoxşaxəli iqtisadi islahatlar yalnız yerli biznes iştirakçılarının deyil, beynəlxalq maliyyə qurumlarının da diqqətini çəkir. Məhz bu səbəbdən Doinq Biznes hesabatında 11 indikator üzrə Azərbaycan böyük irəliləyişlər əldə edib. Ancaq bəzi dairələr bu islahatlara kölgə salmağa çalışır. Milli Məclisin komitə sədri Hadı Rəcəbli bu təşəbbüslərin öz məqsədinə çata bilməyəcəyinə diqqət çəkib.

Son illər müxtəlif sahələri əhatə edən çoxşaxəli islahatlar nəinki Azərbaycanın daxilində, beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Məhz bu islahatlar nəticəsində Azərbaycan Dünya bankının hazırladığı doing business hesabatında 11 indikator üzrə öz mövqelərində ciddi irəliləyişlər edib. Bütün göstəricilərin cəmində isə Azərbaycan bu hesabatda 32 pillə irəliləyərək 59-cu yerdən 25-ci pilləyə yüksəlib. Ancaq bəzi dairələr bu islahatların dərinləşməsindən narahat olaraq əsassız yerə onları göstəriş xatirinə kampaniya kimi qələmə verməyə cəhd edir. Milli Məclisin komitə sədri Hadı Rəcəbli bildirir ki, Dünya bankının hesabatları bütün ölkələr tərəfindən qəbul edilən göstəricilərdir və bu göstəricilər vəziyyət tam obyektiv araşdırılandan sonra müəyyən olunur.

Hətta bəzi göstəricilərdə Azərbaycan 190 ölkə arasında öncəki mövqelərini 100 pillə irəliyə çəkib. Hansı ki, həmin sahələrdə 5-10 pillə irəliləmək üçün bəzi ölkələr on illər ərzində mübarizə aparırlar. Ancaq Azərbaycan bunu 2015-ci ildən bu günə qədər olan müddətdə reallığa çevirib.

Hadı Rəcəblinin sözlərinə görə Azərbaycanın bir sıra sahədə atdığı addımlar Avropa ölkələri üçün belə örnək xarakter daşıyır. Bunu elə Bakıda son olaraq keçirilən sosial müdafiə sahəsi ilə bağlı beynəlxalq tədbirdə Avropa sosial müdafiə sahəsinin mütəxəssisləri də təsdiqləyiblər.

Hadı Rəcəbli bildirib ki, son vergi və gömrük islahatları ölkədə biznes mühitinin daha da yaxşılaşması və ölkənin gəlirlərinin artımına səbəb olur. bu isə sosial sahədə də islahatların əgatə dairəsinin genişlənməsinə şərait yaradır.

 

Xəbər lenti