Xəzər Xəbər

Baş nazirin müavinindən əhaliyə şad xəbər: “Maaş və pensiyalar artırılacaq” - VİDEO

Veb TV | 19:49 • 18 May 2019
Baş nazirin müavinindən əhaliyə şad xəbər:

Son zamanlar dövlətin həyata keçirdiyi tədbirlər əhalinin rifahının yüksəlməsində önəmli rol oynayıb. Bunu Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsində baş nazirin müavini Əli Əhmədov deyib. O, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığına diqqət çəkib.

Baş nazirin müavini sosial sahədə islahatların və əhalinin gəlirlərinin artması üçün dövlət siyasətinin bundan sonra da davam edəcəyini və hazırda qazanılan uğurların son mərhələ olmadığını vurğulayıb.

Əli Əhmədov Azərbaycan hakimiyyətinin sosial siyasətinin əsas istiqamətlərindən birinin də məcburi köçkünlərin həyat şəraiti və onların sosial müdafiəsinin gücləndirilməsi olduğunu bildirib. Onun sözlərinə görə, məcburi köçkünlər üçün salınan şəhərciklərin sayı daha da artacaq və çətin şəraitdə yaşayan bu qəbildən olan vətəndaşların mənzil problemi öz həllini tapacaq.

Daha sonra müşavirə işini qapalı formada davam etdirib.

Xəbər lenti