Xəzər Xəbər

Əhalinin 45 faizinin icbari tibbi sığorta haqqını dövlət ödəyəcək - VİDEO

Veb TV | 19:50 • 16 May 2019
Əhalinin 45 faizinin icbari tibbi sığorta haqqını dövlət ödəyəcək -

Azərbaycanda əhalinin 45 faizinin icbari tibbi sığorta haqqını dövlət ödəyəcək. Bura əhalinin müxtəlif kateqoriyaları daxildir və onların ödənişini dövlət tam olaraq öz üzərinə götürüb.

Xezerxeber.az-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi İddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.

O qeyd edib ki, bu güzəşt dövlət başçısının sosial siyasətə verdiyi önəmin bariz nümunəsidir.

Vüqar Qurbanov bildirib ki, icbari tibbi sığorta xidmətləri iki zərfdən ibarət olacaq. Birinci zərf üçün xidmətlərə görə ödəniş hər vətəndaş üçün dövlət tərəfindən ödəniləcək.

Qeyd edək ki,hazırda icbari tibbi sığortanın baza zərfinə 1829 adda tibbi xidmət daxildir. Bunlardan 480-i ambulator, 677-si stasionar, 18-i ilkin səhiyyə, 6-sı təcili və təxirəsalınmaz tibbi yardım, 23-ü isə fizioterapevtik xidmətlərdir. Baza zərfi həmçinin 459 adda laborator müayinəyə və 166 adda həyati vacib-dəyəri yüksək olan xidmətlərə də təminat verir. Bundan başqa, hazırda xidmətlər zərfi üzərində Agentlik tərəfindən ciddi işlər həyata keçirilir. Yaxın zamanlarda xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları təsdiq olunduqdan sonra ictimaiyyətə açıqlanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti