Xəzər Xəbər

"Ayaks" 34-cü dəfə Hollandiya çempionu oldu VİDEO

Veb TV | 12:41 • 16 May 2019
"Ayaks" 34-cü dəfə Hollandiya çempionu oldu

Hollandiya Erediviziyasında 2018/19 mövsümün başa çatıb.

Sonuncu - 34-cü turda "Ayaks" səfərdə "De Qrafsap"ı 4:1 hesabı ilə məğlub edib və çempion olub. Bu, Amsterdam təmsilçisinin 34-cü Hollandiya çempionluğu olub.

Erik ten Haqın yetirmələri ən yaxın izləyicisi PSV-ni 3 xal qabaqlayıb.

"Ayaks" Erediviziyada sonuncu dəfə 2013/14 mövsümünün qalibi olmuşdu.

Xəbər lenti