Xəzər Xəbər

Ağdamda evlərə qurd daraşib - VİDEO

Veb TV | 20:29 • 15 May 2019
Ağdamda evlərə qurd daraşib -

Ağdam rayonunda, Ergi düzü qəsəbəsində fərdi yaşayış evlərinə qurd daraşib.

Xezerxeber.az-ın məlumatına görə, qəsəbə sakini Zaur Abdullayev deyir ki, qurdlar daha çox gecə saatlarında evlərin hasarında görünür. Sakinlər dərmandan istifadə etsələr də nəticəsi olmayıb.

Həşəratların uzunluğu 4-5 sm-dir. Hazırda kənddə həyət- bacada yüzlərlə belə qurd var. Gördükləri mənzərədən təşvişə düşən sakinlər indiyə qədər belə bir hadisə ilə rastlaşmadıqlarını deyirlər.

Zaur Abdullayev bildirir ki, həşaratlar meyvə və tərəvəzə də ziyan vurur.

Ağdam rayon Gigiyena və Epidemiologiya Mərkəzindən "Xəzər Xəbər"ə bildirildi ki, vəziyyətdən xəbərsizdirlər.

Qurumun əməkdaşları əraziyə baxış keçirəcək və lazımi tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti