Xəzər Xəbər

Sadə yolla anti-Azərbaycan qüvvələrə böyük zərbə vurmaq olar - VİDEO

Veb TV | 19:22 • 15 May 2019
Sadə yolla anti-Azərbaycan qüvvələrə böyük zərbə vurmaq olar -

May 29-da Bakıda baş tutacaq UEFA Avropa Liqası finalının Azərbaycanda keçirilməsini həzm edə bilməyən müəyyən dairələr yenidən aktivləşiblər.

Xezerxeber.az-ın məlumatına görə, onlar ölkəmizdə keçirilən bütün beynəlxalq tədbirlərdən əvvəl olduğu kimi yenidən fəallaşıblar.

Azərbaycanın güya təhlükəli ölkə olduğu kimi məntiqsiz və qərəzli iddiaları yayan belə güclərə qarşı dövlət qurumları tərəfindən rəsmi faktlara əsaslanan cavablar verilsə də, ölkə vətəndaşları da bu məsələdə aktiv olmalıdır. Bunun üçün isə sosial şəbəkələrin funksiyalarından rahatlıqla istifadə etmək olar.

PR üzrə mütəxəssis Azər Nəzərov bildirir ki, bunun üçün sadəcə olaraq Azərbaycan reallıqlarını vətəndaş mövqeydindən dünayaya çatdırmaq lazımdır. Bunu sadə şəkillər, kiçik video və yazırlarla etmək mümkündür.

Bəzi vətəndaşlar elə düşünə bilər ki, onların dost siyahasında xarici vətəndaşlar yoxdur. Amma bu, yalnış fikirdir. Çünki hamıya açıq formada və həştəqlə edilən paylaşımlar informasiyanın böyük kütləyə çatmasını təmin edə bilər. Xüsusilə bu günlərdə edilən paylaşımlarda "UEL", "UELfinal", "Chelsea", "Arsenal", "Azerbaijan", "Footbal" kimi həştəqlərin daha çox istifadəsi tövsiyə edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti