Xəzər Xəbər

"Saxta vəsiqə ilə özlərini Agentliyin əməkdaşı kimi göstərən bir neçə nəfər həbs olunub" - VİDEO

Veb TV | 20:05 • 15 May 2019
"Saxta vəsiqə ilə özlərini Agentliyin əməkdaşı kimi göstərən bir neçə nəfər həbs olunub" -

"Qida Təhlükəsizliyi Agentliyinin adından müxtəlif dələduzlar əsasən ticarət şəbəkələrində reyd keçirərək saxta vəsiqə təqdim edir, özlərini agentliyin əməkdaşı kimi göstərirlər".


Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.


O bildirib ki, artıq Respublika Prokurorluğu tərəfindən onlara qarşı cinayət işi açılıb, bir neçə nəfər həbs olunub: "Cinayət işinin arealı da genişlənir. Müxtəlif rayonlardan bizə məlumatlar daxil olur ki, digər rayonlarda belə faktlar aşkar olunub. Hazırda hüquq-mühafizə orqanları onlar haqqında lazımi tədbirlər görür". 


Xəbər lenti