Xəzər Xəbər

Bakıda Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi başlayıb - VİDEO

Veb TV | 19:34 • 15 May 2019
Bakıda Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi başlayıb -

Bu gün Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi başlayıb.

Xezerxeber.az-ın məlumatına görə, sərgidə aqrar sahədə istifadə edilən ən son texnologiyalar nümayiş olunur.

Ekspozisiyalar arasında əkin sahələrində zərərvericilərə qarşı mübarizə üçün nəzərdə tutulan yeni dron texnikası diqqəti daha çox çəkir.

Sərgidə həmçinin Kənd Təsərrüfatı Nazirliyinin və BMT-nin İnkişaf Planının birgə icra etdiyi layihə olan mobil laborotoriya da nümayiş etdirilir. Fermerlərə yerlərdə xidmət göstərəcək mobil laboratoriya məhsuldarlığın 20-25% artmasına kömək edir.

Qeyd edək ki, sərgidə dünyanın 31 ölkəsini təmsil edən 400-dən artıq şirkət iştirak edir. Bu, ötən illə müqayisədə 10% çoxdur. Mayın 17-ə qədər davam edəcək sərgidə kənd təsərrüfatı texnikası, istixana avadanlıqları, yemlər, toxumlar və digər sektorlar üzrə bir çox yeni məhsullar təqdim edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti