Xəzər Xəbər

Polis külli miqdarda narkotik aşkarladı - saxlanılanlar var - VİDEO

Veb TV | 19:36 • 15 May 2019
Polis külli miqdarda narkotik aşkarladı -

Bakıda ''Səbiş'' ləqəbli narkobaron tutulub.

Xezerxeber.az-ın məlumatına görə, Binəqədi Rayon 6-cı Polis bölməsi əməkdaşları məlumat əsasında Biləcəri qəsəbəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Hüseynovu saxlayıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 qramdan artıq psixotrop maddə aşkar edilərək götürülüb. Ramil Hüseynov ifadəsində narkotik vasitəni Biləcəri qəsəbəsində yaşayan "Səbiş" adlı şəxsdən aldığını bildirib. Bölmə əməkdaşlarının keçirdikləri əlavə əməliyyat zamanı paytaxt sakini Səbinə Quliyeva da tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 50 qramdan çox, yaşadığı evdən isə əlavə olaraq 1 kiloqram 15 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb. Səbinə Quliyeva ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı hər iki şəxs barəsində cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Sabunçu Rayon 13-cü Polis bölməsi əməkdaşları da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxsi saxlayıb. Əməliyyat zamanı Bakıxanov qəsəbəsində yaşayan, əvvəllər oğurluq, soyğunçuluq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş Rüstəm Mürsəlovun yaşadığı evdən 3 kiloqramdan artıq narkotik vasitə, qurudulmuş marixuana aşkar edilərək götürülüb. Rüstəm Mürsəlovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 8-də Bakı şəhər sakini olan bir qadının içərisində 120 manat və sənədləri olan pulqabısını soyğunçuluq yolu ilə alması da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti