Xəzər Xəbər

Zaqatala sakini çaqqalın hücumuna məruz qalıb, yaralanıb - VİDEO

Veb TV | 15:47 • 15 May 2019
Zaqatala sakini çaqqalın hücumuna məruz qalıb, yaralanıb -

Zaqatala sakininə çaqqal hücum edib.

Xezerxeber.az-ın məlumatına görə, yırtıcı heyvan axşam saatlarında rayonun Muğanlı kənd sakini 57 yaşlı Fərman Qurbanəliyevi sağ ayağın baldır nahiyəsindən dişləyib. Zərərçəkmiş şəxs yaxınları tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edilib, müalicəsi davam etdirilir.

Fərman Qurbanəliyev bildirib ki, kənd ərazisində torpaq sahəsində işləyən zaman çaqqalın hücumuna məruz qalıb.

Ayağına xəsarət yetirdikdən sonra yırtıcı heyvanı çətinliklədə olsa öldürüb.

Xezerxeber.az Fərman Qurbanəliyevin açıqlamasını təqdim edir:




Xəbər lenti