Xəzər Xəbər

DİQQƏT! Bunu bilənə mükafat veriləcək - VİDEO

Veb TV | 15:23 • 15 May 2019
DİQQƏT!

Fransanın Bretoniya bölgəsində kiçik bir kənd olan Plougastel yaxınlığında təxminən 5 il əvvəl oyma yazılarla dolu qayalar kəşf edilib.

Qayaların üzərində 20 sətirlik mətn, iki tarix və bir gəminin rəsmləri var idi.

Yazılarla bağlı bir neçə fikir söylənsə də yazıların hansı dildə olduğu və nə haqqında olduğu tam olaraq bilinməyib. Buna səbəblə bu "sirli, şifrəli yazılar” üçün yarış başladılıb.

Plougastel bələdiyyə başçısı Dominique Çap verdikləri bu qərarı "buradakı tarixçilərdən və arxeoloqlardan soruşduq. Amma heç kim qayanın ardındakı hekayəni bilmədi. Biz də bəlkə də dünyada bunu tapa biləcək bir mütəxəssis olduğunu düşündük və yarış keçirməyə qərar verdik” deyə bildirib.

Plogastel kəndi indi 230 illik mesajı bilən şəxslərə 2 min 250 dollarlıq mükafat təklif edib. Yarış üçün yüzlərlə insan namizədliyini verib.

Bu qeyri-adi şifrə yarışı üçün qeydiyyat noyabr ayında sona çatacaq./metbuat.az


Xəbər lenti