Xəzər Xəbər

Heyvanların qışlaqdan yaylağa köçü başlayıb - VİDEO

Veb TV | 20:27 • 14 May 2019
Heyvanların qışlaqdan yaylağa köçü başlayıb -

Yay fəslinin gəlişi ilə əlaqədar heyvanların köçü başlayıb.

Xezerxeber.az-ın məlumatına görə, heyvanların qışlaqdan yaylağa köçürülməsi zamanı təsərrüfatlarda baytarlıq-sanitariya normaları düzgün aparılmadıqda bir çox xoşagəlməz hallar meydana çıxa bilər.

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Rafiq Muradov heyvanları köçürməzdən əvvəl epizootik tədbirlərin görülməsinin vacib oldğunu bildirir. Yəni, heyvanları köçə hazırlamaq lazımdır.

Heyvanların qışlaqdan yaylağa köçürülməsi zamanı təsərrüfatlarda baş verə biləcək xəstəliklərə qarşı profilaktiki tədbirlərin aparılması da vacib məsələlərdən biridir.

Qeyd olunan məqamların nəzərə alınmaması ərazilərin çirklənməsi və insanların xəstəliklərə yoluxmasına səbəb olur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti