Xəzər Xəbər

Bakıda 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi başlayır - VİDEO

Veb TV | 20:35 • 14 May 2019
Bakıda 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi başlayır -

Sabah Bakıda dünyanın 31 ölkəsindən 400-dən çox şirkətin kənd təsərrüfatı texnologiya və məhsullarının sərgisi başlayır.

Xezerxeber.az-ın məlumatına görə, sayca 13-cü olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi regionun ən böyük və əhəmiyyətli tədbirlərindən biridir. Dünyanın ən tanınmış şirkətləri burada öz məhsullarını nümayiş etdirəcəklər. Sərginin sahəsi 12 min 614 kvadratmetr təşkil edir ki, bu da rekord göstəricidir. Sərgidə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlər üçün yeni dron texnikası da nümayiş etdiriləcək.

Sərgi çərçivəsində 3 innovativ layihənin, mobil laboratoriyanın da nümayişi nəzərdə tutulub. Bununla yanaşı sərgi iştirakçıları ən çox şikayət edilən qida məhsullarının real olaraq labarotor analizləri ilə tanış ola biləcəklər.

Sərgi çərçivəsində beynəlxalq şirkətlərin seminarları və fermerlər üçün təlimlərin keçirilməsi də nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti