Xəzər Xəbər

UEFA Avropa Liqasının final oyunu ərəfəsi Azərbaycana gələn turistlərin sayı artır - VİDEO

Veb TV | 20:12 • 14 May 2019
UEFA Avropa Liqasının final oyunu ərəfəsi Azərbaycana gələn turistlərin sayı artır -

UEFA Avropa Liqasının final oyunu ərəfəsində Azərbaycana gələn turistlərin sayı artıb. Ölkəyə gələn xarici qonaqların mayın sonuna doğru daha da artacağı gözlənilir. Turistlərin sayının artmasına təsir edən əsas amillərdən biri Azərbaycanda qonaqpərvərlik və təhlükəsizliyin təminatının yüksək səviyyədə olmasıdır.

Xezerxeber.az-ın məlumatına görə, ölkəmizə səfər edən turistlər Azərbaycanda qonaqpərvərliyi və sabitliyi yüksək qiymətləndirir. Odur ki, Bakıya bir dəfə ayaq basan qonaq ikinci dəfə də paytaxta üz tutmağı düşünür. Sözsüz ki, ölkəmizin gəzməli-görməli yerləri ilə yanaşı, turizm üçün görülən işlər də hər il xairici qonaqların sayının artmasına təsir edən başlıca amillərdəndir. Yaradılan əlverişli şəraitin nəticəsidir ki, hər il Azərbaycana gələn turist coğrafiyası dəyişməkdədir. Əgər əvvəlki illərdə daha çox ərəb ölkələrindən Azərbaycana turist axını var idisə, hazırda Avropa ölkələri, Cənubi Koreya və Çindən gələnlərin sayında da artım müşahidə edilir.

Bu arada, May ayının 29-da keçiriləcək UEFA Avropa Liqasının final oyununa baxmaq üçün Bakıya minlərlə turistin gəlməsi gözlənilir.

Qeyd edək ki, ötən il Azərbaycana dünyanın 196 ölkəsindən turist gəlib. Ölkəmizə gələn turistlər təkcə kart vasitəsi ilə 2 milyard dollara yaxın pul xərcləyiblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti