Xəzər Xəbər

Sel Cəlilabad-Yardımlı yolunda körpünü dağıtdı VİDEO

Veb TV | 19:06 • 24 Aprel 2019
Sel Cəlilabad-Yardımlı yolunda körpünü dağıtdı

Dünəndən etibarən çaylarda suyun səviyyəsinin kəskin şəkildə artması Cəlilabad-Yardımlı avtomobil yolunun üzərindəki körpünü qəzalı vəziyyətə salıb.

Körpünün bir hissəsinin uçması nəqilyyiat vəsaitələrinin hərəkətini məhdudlaşdırıb. Sakinlər bildirir ki, körpü uçarsa bu iki rayon arasında əlaqənin tamami ilə kəsililəcək.

Sel suları Cəlilabadın Buravar kəndinin mərkəzindəki körpünü də qəzalı vəziyyətə salıb. avtomobillərin körpü üzərindən hərəkəti tamammi ilə dayanıb.

Məslə ilə bağlı Rayon Fövqəladə Hallar komossiyasından bildirldi ki, artıq qəzalı vəziyyətə düşən körüplürə baxış keçirlib. Çaylarda suyun səviyyəsi azaldıqdan sonra ərazidə təmir bərpa işlərinə başlanacaq.

Xəbər lenti