Xəzər Xəbər

Azərbaycanda "Doing Business 2020”yə dair islahat icmalı təqdim olunub VİDEO

Veb TV | 20:27 • 23 Aprel 2019
Azərbaycanda "Doing Business 2020”yə dair islahat icmalı təqdim olunub

Azərbaycanda bu il ərzində aparılan geniş miqyaslı islahatlar , ''Doing Business'' hesabatında da öz əksini tapacaq. Çünki ölkəmiz bu hesabatdakı 10 kateqoriya üzrədə böyük irəliləyişlər əldə edib''. Bunu İqtisadi İslahatlarının Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Doing Business 2020"yə dair islahat icmalı təqdim edərkən bildirib. O ölkəmizdə göstərilən elektron xidmətlərin artırıldığını bildirib və biznesə başlama, tikinti üçün icazələrin alınması , əmlakın qeydiyyatı və s məsələlər üzrə aparılan islahatlar barədə məlumat verib.

Mərkəzin icraçı direktoru bildirib ki, 2019-cu ildə Azərbaycan dünyanın 190 islahatçı ölkəsi arasında 25 ci yerdə qərarlaşıb ki, növbəti il irəliləyişin əldə edilməsi gözlənilir.

Qeyd edək ki, ölkəmizin 2019 ci ilin '' Doing Busines'' hesabatında mövqeyi 2018- ci illə müqayisədə 32 pillə irəliləmişdi.

Xəbər lenti