Xəzər Xəbər

Yevlaxda ev yandı: xəsarət alanlar var VİDEO

Veb TV | 20:12 • 23 Aprel 2019
Yevlaxda ev yandı: xəsarət alanlar var

Təmir gedən evdə yanğın olub, 4 nəfər xəsarət alıb.

Hadisə Yevlax şəhəri, Aydın Məmmədov küçəsində qeydə alınıb.Mənzildə təmir işləri aparan usta Orxan İsmayılovun ehtiyatsızlığı yanğınla nəticələnib.Hadisə yerinə gələnə yanğınsöndürənlər alovları söndürülüb.Usta Orxan İsmayılov ilə yanaşıElşən Təhməzov, Zahid Qasımov və Cabbar Təhməzov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırlıblar. Zərərçəkənlərə tibbi yardım göstərilib.

Vəziyyəti ağır olan Orxan İsmayılov paytaxt xəstəxanalarından birinə göndərilib.

Füzuli rayonunda da fərdi yaşayış evinin yanması nəticəsində 10 -cu sinif şagirdi tüstüdən zəhərlənib.Hadisə rayonun Kürdmahmudlu kəndində qeydə alınıb.Kənd sakini SəfərQuliyevəməxsus evdə baş verən yangınzamanımənzildə yatan 16 yaşlı Elgül Quliyev zəhərlənib.Vəziyyəti ağır olanyeniyetmə təcili tibbi yardım avtomobili ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.

Yanğına səbəb elektrik naqillərində qısa qapanmanın səbəb olduğu ehtimal edilir.

Hər 2 hadisənin səbəbləri araşdırlır.

Xəbər lenti