Xəzər Xəbər

Qeyri-sabit hava kənd təsərrüfatına necə təsir göstərəcək? VİDEO

Veb TV | 20:04 • 23 Aprel 2019
Qeyri-sabit hava kənd təsərrüfatına necə təsir göstərəcək?

Qeyri sabit hava şəraiti kənd təsərrüfatına təsirsiz ötüşməyib. Daha çox çəyirdəkli meyvələrdə, pambıq, qarğıdalı əkinində problemlər yaranıb.

Kənd təsərrüfatı üzrə eksper Nicat Nəsirlinin sözlərinə görəyağışların anidən yağması dağlıq və dağətəyi yerlərdə çiçəklənmə dövründə olan meyvə ağaclarına pis təsir edə bilər. Xüsusəndə ərik və alca agaclarının tozlanma prosesinin gec baş tutacağıdeyilir.

Bununla yanaşı yağışlı havanın dəmyə sahələrinə müsbət təsirivar.Lakin indidən alaq otlarına görə mübarizə tədbirləri görmək lazımdır..

Hazırda respublika ərazisində pambıq və qarğıdalı əkinin həyata keçirildiyini deyən ekspertin sözlərinə görə yağıntıların intensiv olması fermerlərin maliyyə xərclərinin bir qədər artmasına səbəb ola bilər.

Mütəxəssilər yağıntıların artıq bitidiyini,buna görə ciddi narahatlığa ehtiyac olmadığını deyirlər.

Xəbər lenti