Xəzər Xəbər

"Könlümün bağçası - Ebru sənəti" adlı rəsm sərgisi keçirilib VİDEO

Veb TV | 19:12 • 23 Aprel 2019
"Könlümün bağçası - Ebru sənəti" adlı rəsm sərgisi keçirilib

Bu gün Kaspi Liseyində "Könlümün bağçası - Ebru sənəti" adlı rəsm sərgisi keçirilib. Uşaqlarda bədii zövqün formalaşmasına birbaşa təsir göstərən bu sərgidə liseyin şagirdlərinin 30-dək əsəri nümayiş olunub. Balaca rəssamların ebru haqqında fikirləri də olduqca maraqlıdır.

Suyun üzərinə rənglər damcılayır.

Daha sonra kiçik müdaxilələrlə bu möhtəşəm əsər ortaya çıxır.

Müasir təhsil verməklə yanaşı, şagirdlərin bədii zövqlərinin formalaşmasına və onlarda azərbaycançılıq ideologiyasının möhkəmlənməsinə xüsusi əhəmiyyət verən Kaspi liseyi bu prinsipinə sadiq qalaraq, liseyin Uşaq Musiqi və İncəsənət Məktəbinin Ağşəhər filialında xüsusi sərgi təşkil edib. Sərgidə lisey şagirdləri dünyanın nadir sənət növlərindən olan ebru sənəti ilə rəngarəng rəsmlər çəkərək nümayiş etdiriblər.

Kiçik rəssamların "Könlümün Bağçası - Ebru sənəti" adlı bu sərgidə ərsəyə gətirdikləri əsərlər tədbirə gələnlərin də diqqətini çəkib.. Ebru sənətinin kiçik aşiqləri qonaqlara bu sənətin incəliklərini nümayiş etdiriblər... Bu işdə müəllimləri onlara yaxından köməklik göstəriblər...

Daha sonra balaca rəssamlar ebru sənəti barəsində kiçik səhnəciklər nümayiş etdiriblər.

Balaca rəssamların sözlərinə görə, ebru rəsmlərini çəkmək üçün bu sənəti hiss etmək lazımdır. Onların ebru sənətinə münasibətləri də özünəməxsusdur...

Ümumilikdə, şagirdlərin bədii zövqlərinin formalaşmasına birbaşa təsir göstərən bu sərgidə 30-a yaxın əsər nümayiş etdirilib.

Xəbər lenti