Xəzər Xəbər

Qaz və işığın limiti artırılsın - Parlamentdə təklif VİDEO

Veb TV | 19:04 • 23 Aprel 2019
Qaz və işığın limiti artırılsın - Parlamentdə təklif

"Ermənistan BMT-nin insan hüquqları Şurasına təqdim etdiyi illik hesabatdan əlavə, qondarma Dağlıq Qarabağın adına da hesabat təqdim edib. bu hesabat da 6 dildə yayımlanıb. bu, onların növbəti təxribatıdır. BMT kimi nüfuzlu qurumun buna şərait yaratması təəccüb doğurur''.Bunu millət vəkili Azay Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında cari məsələlərin müzakirəsi zamanı qeyd edib.

Deputat bildirib ki, bu cür təxribatların qarşısı mütləq alınmalıdır və müvafiq qurumlar buna münasibətini bildirməlidirlər.

Daha sonra çıxış edən millət vəkili Fazil Mustafa əhaliyə verilən elektrik enerjisi və qaza görə tətbiq edilən limitin artırılmasını təklif edib. Millət vəkiliisrafçılığın olacağını əsas gətirrərək limitin ümumiyyətlə ləğv edilməsini düzgün hesab etmədiyini deyib.Amma mövcud limitin artırılmasına ehtiyac olduğu fikrindədir.

Cari məsələlərin müzakirəsindən sonra gündəlikdə olan 19 məsələnin müzakirəsinə başlanılıb. İctimai televiziyanın yayım şurasına yeni üzvlər seçilib, eləcə də müxtəlif qanun layihələri ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Xəbər lenti