Xəzər Xəbər

Qrunt suları əkin aparmağa imkan vermir VİDEO

Veb TV | 18:44 • 20 Aprel 2019
Qrunt suları əkin aparmağa imkan vermir

Qrunt suları əkin aparmağa imkan vermir.

Görüntülər Bərdənin Mustafaağalı kəndindəndir. 10-a yaxın sakinə məxsus torpaqları qrunt suları basıb. Qrunt sularının artması torpaqlarda şoranlaşma da yaradır. Sakinlərin sözlərinə görə, əkin sahələrində texnikanın işləməsi də çətinləşir.

Kənd sakinlərinin sözlərinə görə, yaranmış problemi aradan qaldırmaq üçün drenaj kanallarında təmizləmə işləri aparılmalıdır. Nəcə illərdir ki, buradakı kanallarda bu bir iş görülmür.

Məsələ ilə bağlı Qarabağ Meşə-Meliorasiya İdarəsindən bildirildi ki, yaranmış problemdən xəbərdardırlar və qurumun əməkdaşları əraziyə baxış keçiriblər. Sözügedən ərazidə qrunt sularının yaranmasına səbəb həmin torpaq sahələrinin çökəklikdə yerləşməsidir. Problemin aradan qaldırılması üçün həmin ərazidə torpaq sahiblərinin razılığı ilə yeni kanal çəkiləcək.

Xəbər lenti