Xəzər Xəbər

Hamının gözləri önündə öldürdülər: şəhərin mərkəzində ATIŞMANIN ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO

Veb TV | 10:03 • 16 Aprel 2019
Hamının gözləri önündə öldürdülər: şəhərin mərkəzində

Türkiyənin Sultanbəyli rayonunda ötən gecə baş verən cinayətin anbaan görüntüləri yayılıb.

"Anadolu” agentliyi xəbər verir ki, Abdurrahmangazi məhəlləsində M.E. (17) və M.C.G. (17) adlı kişilər ilə M.K. və B.M. arasında borc üstündə yaranan mübahisə silahlı qarşıdurma ilə nəticələnib.

Məlumata görə, M.E. ilə M.C.G-nin silahla atəş açması nəticəsində M.K. və B.M. yaralanıb. Xəstəxanaya çatdırılan M.K-nın həyatını xilas etmək mümkün olmayıb. B.M-nın müalicəsi isə davam edir.

Şübhəlilər hadisədən sonra polisə təslim olub.

Hadisə anı vətəndaşlar tərəfindən mobil telefonla kameraya çəkilib./publika.az

Xəbər lenti