Xəzər Xəbər

Mərdəkandakı internat məktəbində araşdırmalar başlayıb - İDDİA VAR - VİDEO

Veb TV | 21:04 • 15 Aprel 2019
Mərdəkandakı internat məktəbində araşdırmalar başlayıb -

Mərdəkandakı 2 nömrəli ümumi orta internat məktəbi ilə bağlı Leyla Ucal adlı müəllimənin sosial şəbəkə hesabından yazdığı fikirlər geniş müzakirələrə səbəb olub.

O iddia edib ki, məktəbdə müəllim özbaşınalığı var, şagirdlərə şiddət göstərilir, onlar təhsil əvəzinə fiziki əməyə cəlb olunurlar. Əməkdaşlarımız məhz həmin internat məktəbində olub və iddiaların doğru olub -olmadığını araşdırıb.

Xezerxeber.az-ın məlumatına görə, müəllimənin Mərdəkandakı 2 saylı uşaq evi ilə bağlı ittihamlarının araşdırılması məqsədilə Təhsil Nazirliyi də hərəkətə keçib.

Məsələylə bağlı xüsusi komissiya yaradılıb. Nazirliyin nümayəndəsi, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin şöbə müdiri Həbib Kərimov bildirib ki, komissiyaya iddia ilə bağlı hərtərəfli araşdırma aparmaq tapşırılıb.

İnternat məktəbində təhsil alan uşaqlar isə müəllimənin iddialarının tam əksini söyləyiblər. Onlar yaradılan şəraitdən narazılıq etməyiblər.

Hazırda 2 saylı uşaq evində 224 şagird təhsil alır. Direktor Dilarə Məşədiyeva məktəbdə tədrisin keyfiyyətinin hər il artdığını bildirib.

Qeyd edək ki, iddialarla bağlı Təhsil Nazirliyinin açıqlamasında bildirilib ki, məsələ həmin müəllimənin iştirakı ilə ətraflı müzakirə ediləcək. O, bu məqsədlə nazirliyə dəvət olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti